Qelebə.az / 5 il sonra ilk dəfə ÇL yarımfinalında olmayacaqlar

5 il sonra ilk dəfə ÇL yarımfinalında olmayacaqlar

17-04-2025, 12:17

Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" Londonun "Arsenal" klubuna uduzub.

QELEBE.AZ xəbər verir ki, “Santyaqo Bernabeu”da keçirilən cavab görüşündə “topçular” qalib gəlib - 2:1.

Beləliklə, “kral” klubu 2019/20 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksələ bilməyib.

5 il əvvəl 1/8 finalda “Mançester Siti”yə uduzan Madrid klubu bundan sonrakı dörd mövsümdə də 1/2 finala yüksəlib, 2 dəfə turnirin qalibi olub.

Qeyd edək ki, "Arsenal" yarımfinalda PSJ ilə qarşılaşacaq. “Barselona” isə finala vəsiqə uğrunda “İnter”lə mübarizə aparacaq.
 

Geri qayıt