Qelebə.az / Qrizmannın durumuna aydınlıq gəldi

Qrizmannın durumuna aydınlıq gəldi

16-04-2025, 20:59

"Atletiko"nun futbolçusu Antuan Qrizmannın durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, komandada qalacaq.

Hücumçu ilə müqavilə müddəti yenilənəcək. O, daha 2 il Madrid təmsilçisinin şərəfini qoruyacaq.

Tərəflər arasında yeni sözləşmənin 2027-ci ilin yayına qədər olacağı bildirilir.

Qeyd edək ki, Qrizmann bu mövsüm La Liqada 31 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Geri qayıt