Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib

16-04-2025, 18:57

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

"QELEBE.AZ"un məlumatına görə, "Murov Az Terminal" "Neftçi"ni 3:0, "Azərreyl" isə "Xilasedici"ni eyni hesabla məğlub edərək seriyada önə keçib.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşib.

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunları aprelin 18-də baş tutacaq.

Geri qayıt