Qelebə.az / "Gəncə"nin basketbolçusu: "Həm klub, həm də azarkeşlərimiz üçün irəli getmək istəyirik"

"Gəncə"nin basketbolçusu: "Həm klub, həm də azarkeşlərimiz üçün irəli getmək istəyirik"

16-04-2025, 18:11

Həm klub, həm də azarkeşlərimiz üçün bacardığımız qədər irəli getmək istəyirik.

"Report" xəbər verir ki, bunu "Gəncə"nin basketbolçusu Malek Deyvis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirmək istədiklərini söyləyib:

“Məqsədimiz oyunlarda qalib gələrək mövsümü uzatmaq üçün özümüzə fürsət verməyə davam etməkdir. Həm klub, həm də azarkeşlərimiz üçün bacardığımız qədər irəli getmək istəyirik. Bizi qarşıda “Şəki” ilə matçlar gözləyir. Pley-off görüşlərinin çətin keçəcəyini bilirəm. Hər matç böyük bir döyüş olacaq. Hazırlığımız və məşqçimizin oyun planı ilə qalib gəlmək üçün gücümüzü meydanda maksimum qoymağa çalışacağıq”.

25 yaşlı hücumçu pley-offun məsuliyyətini yaxşı başa düşdüklərini və qarşılaşmalara ciddi hazırlaşdıqlarını vurğulayıb:

“Yaxşı məşqlər keçmişik. Verilən tapşırıqları meydanda tam yerinə yetirməyə çalışmışıq. Rəqibi də təhlil etmişik. Eyni qrupda mübarizə apardığımızdan rəqib tanıdığımız komandadır".

Qeyd edək ki, "Gəncə" pley-in mərhələsində "Lənkəran"ı (96:92, 100:74) üstələyərək pley-offa adlayıb. Qərb təmsilçisi bu raundda "Şəki" ilə üz-üzə gələcək.

Geri qayıt