Qelebə.az / Yunanıstanda çempion bəlli oldu - 48-ci dəfə

Yunanıstanda çempion bəlli oldu - 48-ci dəfə

16-04-2025, 11:54

Yunanıstan çempionatının başa çatmasına 3 tur qalmış titulu qazanan komandanın adı dəqiqləşib. 

Apasport.az xəbər verir ki, "Olimpiakos" 48-ci dəfə titulun sahibi olub.

Komanda buna "Panatinaikos"la görüşdə minimal hesablı qələbə qazanaraq nail olub - 1:0. 

"Qırmızı-ağlar" 66 xalla turnir cədvəlinin dəyişməz lideri olaraq qalıb. "Yaşıllar" isə 56 xalla ikinci olub. 

 

Geri qayıt