Bundesliqa 2-də XXIX turun oyunları başa çatıb.
QELEBE.AZ xəbər verir ki, "Paderborn" evdə "Düsseldorf"a məğlub olub.
Qonaqlar 2:0 öndə olarkən ev sahibləri 68-ci dəqiqədə meydanda 10 nəfər qalıblar. Bundan cəmi 15 dəqiqə sonra "Paderborn"un vingeri İlyas Ansah fərqi minimuma endirib - 1:2.
Matçın bitməyinə son 10 dəqiqə qalmış "Paderborn"un qolkiperi Manuel Riemen komanda yoldaşlarına köməyə gəlib.
Alman qapıçının cərimə meydançası xaricindən qol vurmağa çalışdığı anları təqdim edirik: