Qelebə.az / "İnter Mayami" Lionel Messi ilə müqavilə müddətini uzatmağa yaxındır

"İnter Mayami" Lionel Messi ilə müqavilə müddətini uzatmağa yaxındır

13-04-2025, 16:04

ABŞ-nin "İnter Mayami" klubu hücumçusu Lionel Messi ilə müqavilə müddətini uzatmağa yaxındır.

"QELEBE.AZ" insayder Nikolo Şiraya istinadən xəbər verir ki, tərəflər arasında yeni anlaşma 2026-cı ilin dekabr ayına kimi qüvvədə olacaq.

Argentinalı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq.

Qeyd edək ki, 37 yaşlı dünya çempionu 2023-cü ildən MLS təmsilçisində çıxış edir. O, cari mövsümdə meydana çıxdığı dörd oyunda, 3 qola, 2 məhsuldar ötürməyə müəlliflik edib.

Geri qayıt