Qelebə.az / "Sevilya"da baş məşqçi ayrılığı

"Sevilya"da baş məşqçi ayrılığı

13-04-2025, 15:48

"Sevilya" baş məşqçisi Qarsiya Pimientanı istefaya göndərib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın XXXI turunda "Valensiya"ya 0:1 hesabı ilə uduzduqdan sonra bu, ardıcıl 4-cü məğlubiyyət sayılıb və baş məşqçi ilə yolların ayrılması qərara alınıb.

50 yaşlı mütəxəssis ötən yaydan komandanı çalışdırırdı. O, Əndəlus klubunun "sükanı arxasında" 34 rəsmi oyunda 11 qələbə, 9 heç-heçə və 14 məğlubiyyətlə ayrılıb.

İspaniya yığması La Liqada 36 xalla 13-cü yerdədir və aşağı liqadan 7 xal uzaqdadır.

Geri qayıt