Qadın voleybolçuların Yüksək Liqasında XX turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, sonuncu yarış günündə "Gəncə" öz meydanında “Azərreyl”lə qarşılaşıb.
Oyun qonaqların 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, günün digər matçları Bakıda keçiriləcək. “Abşeron” “Murov Az Terminal”la, “Milli Aviasiya Akademiyası” UNEC-lə görüşəcək.
Yüksək Liqa (qadınlar)
XX tur
14:30. “Gəncə” - “Azərreyl” 0:3 (24:26, 28:30, 16:25)