Azərbaycan millisinin güləşçisi Avropa çempionatında erməni təmsilçisi ilə qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, 82 kq çəki dərəcəsində çıxış edən Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışa 1/8 finaldan başlayıb.
Onun ilk rəqibi ermənistanlı Samvel Qriqoryan olub. Qurban 3:1 hesabıyla qalib gələrək adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, bu gün Beka Kandelaki (130 kq) təsəlliverici görüşdə David Ovasapyana (Ermənistan)2:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.