Qelebə.az / Messi daha 1 il ABŞ klubunda qalacaq

Messi daha 1 il ABŞ klubunda qalacaq

11-04-2025, 23:58

"İnter Mayami" ulduz futbolçusu Lionel Messi ilə müqavilə yeniləyəcək.

QELEBE.AZ xarici KİV-ə istinadən xəbər verir ki, klub argentinalı ilə 2025-ci ildə bitəcək olan sözləşməsini 1 il artıracaq.

Mənbənin məlumatına görə, Messi bu təklifə müsbət yanaşır.

Xatırladaq ki, 37 yaşlı vinger 2023-cü ildən "İnter Mayami"nin şərəfini qoruyur.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm iştirak etdiyi 9 rəsmi matçda 8 qol, 3 assistlə yadda qalıb.

Geri qayıt