Qelebə.az / Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

4-12-2022, 12:01

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Türkiyənin İstanbul şəhərində keçirilən “2022 Bosphorus İstanbul Cup “ beynəlxalq yarışında qızıl medal qazanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, idmançı finalda hakimlərdən 250.52 xal alıb.

Litvintsev bu göstərici ilə bütün rəqiblərini geridə qoyaraq, 1-ci yerin sahibi olub.

Geri qayıt