Qelebə.az / Azərbaycan çempionatında komanda yoldaşını təhqir edən futbolçu cəzalandırılıb

Azərbaycan çempionatında komanda yoldaşını təhqir edən futbolçu cəzalandırılıb

11-04-2025, 17:07

AFFA U-16 Liqasında keçirilən "Arpaçay" - "Araz-Naxçıvan" matçında komanda yoldaşını təhqir edən futbolçunu 3 oyunluq cəzalandırıb.

"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar qəbul edib.

Qarşılaşmanın 85-ci dəqiqəsində Şərur təmsilçisinin üzvü Əli İsmayılovun komanda yoldaşına qarşı qeyri-etik ifadələr işlətməsi 3 matçlıq diskvalifikasiyaya səbəb olub.

Geri qayıt