Ulduz futbolçu Məhəmməd Salahın "Liverpul"dakı karyerası müəyyənləşib .
QELEBE.AZ xəbər verir ki, misirli ulduz komandası ilə yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Müqavilə müddəti ilə bağlı məlumat verilməsə də, mətbuatda futbolçu ilə 2 illik sözləşmə imzalandığı iddia edilib.
Karyerasının ən yaxşı mövsümlərindən birini keçirən Salah bu mövsüm 45 matçda 32 qol vurub və 22 məhsuldar ötürmə edib.