Qelebə.az / MOK-un vitse-prezidenti: "Ümid edirəm ki, yeni strategiya nəticəsində Azərbaycanda futbol inkişaf edəcək"

MOK-un vitse-prezidenti: "Ümid edirəm ki, yeni strategiya nəticəsində Azərbaycanda futbol inkişaf edəcək"

11-04-2025, 10:31

Yeni strategiya hazırlanır. Ümid edirəm ki, məhz bunun nəticəsində Azərbaycanda futbol inkişaf edəcək və lazım olan səviyyəyə çatacaq.

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın Hesabat Konfransında deyib.

MOK rəsmisi müstəqillik qazanandan sonra bütün dünyaya yüksək nəticə qazana bildiyimizi sübut etdiyimizi söyləyib:

"Əsas odur ki, istək olsun. İnanıram ki, AFFA-nın yeni rəhbərliyi buna nail olacaq. Bir il tez keçdi. Bu il yığma komandalarımız zəif çıxış etdi. Bu o demək deyil ki, kollektiv idman növlərində nəticələrimiz olmayacaq. 3x3 basketbol üzrə Azərbaycan komandası Paris olimpiadasında 7-ci yeri tutub. Ümid edirəm ki, növbəti olimpiadada futbol millimiz də yer alacaq".

Geri qayıt