Qelebə.az / İlk dəfə azərbaycanlı nümayəndə avrokubokların 1/4 finalında

İlk dəfə azərbaycanlı nümayəndə avrokubokların 1/4 finalında

10-04-2025, 10:55

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Yurqorden” (İsveç) oyununun UEFA nümayəndəsi olacaq.

Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə avrokuboklarda bu mərhələyə təyinat alıb.

Aprelin 17-də Vyanada təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Geri qayıt