Qelebə.az / Messi komandasını Çempionlar Kubokunda yarımfinala yüksəldib

Messi komandasını Çempionlar Kubokunda yarımfinala yüksəldib

10-04-2025, 09:38

Argentinalı ulduz futbolçu Lionel Messi "İnter Mayami"ni Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun yarımfinal mərhələsinə yüksəldib.

"QELEBE.AZ" xəbər verir ki, ABŞ təmsilçisi 1/4 finalın cavab oyununda bu ölkənin digər komandası "Los Anceles"lə üz-üzə gəlib.

Qarşılaşma "İnter Mayami"nin 3:1 hesablı qalibiyyəti ilə bitib. Görüşdə dubl edən Messi bir məhsuldar ötürmə ilə də yadda qalıb.

İlk görüşdə 0:1 hesabı ilə uduzan Mayami klubu yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, ABŞ təmsilçisi yarımfinalda Kanadanın "Vankuver" klubu ilə qarşılaşacaq.

Geri qayıt