Qelebə.az / Haaland "Siti"dən ayrılmaq istəyir

Haaland "Siti"dən ayrılmaq istəyir

8-04-2025, 11:31

Norveçli mərkəz hücumçusu Erlinq Haaland "Mançester Siti"ni tərk etməyi düşünür.

QELEBE.AZ xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Mənbənin sözlərinə görə, skandinaviyalı hücumçu komandasının 2024/2025 mövsümündəki nəticələrindən razı deyil.

"Bavariya" və PSJ ulduz futbolçunun transferində maraqlıdır.

Xatırladaq ki, Haaland topuğundakı zədə səbəbindən Premyer Liqanın cari mövsümünü erkən başa vurub.

Erlinq bu yaxınlarda "şəhərlilər"lə 2034-cü ilin ortalarına qədər yeni müqavilə imzalamışdı.  Onun bazar dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.
 

Geri qayıt