Qelebə.az / "Qarabağ"ın sabiq qapıçısı: "İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir"

"Qarabağ"ın sabiq qapıçısı: "İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir"

7-04-2025, 11:39

İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir.

"Report"un məlumatına görə, bunu Rusiyanın "Dinamo" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov deyib.

33 yaşlı qolkiper ÇSKA-dakı həmkarının karyerasında 900-cü matçına çıxması ilə bağlı fikirlərini bölüşüb. Lunyov özünün belə şansının olmadığını etiraf edib:

"İqor Akinfeyev Aleksandr Oveçkin qədər əfsanədir, lakin Rusiyada çıxış edir".

Qeyd edək ki, Aleksandr Oveçkin ötən gün Milli Hokkey Liqasında (NHL) 895-ci qolunu vuraraq əfsanəvi Ueyn Qretskinin rekordunu qırıb. İqor Akinfeyev isə ÇSKA-da 789, Rusiya yığmasında 111 görüşdə meydana çıxıb.

Geri qayıt