Qelebə.az / Messi "İnter Mayami"də rekorda imza atıb

Messi "İnter Mayami"də rekorda imza atıb

7-04-2025, 08:43

"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni rekorda imza atıb. 

QELEBE.AZ xəbər verir ki, 37 yaşlı futbolçu "Toronto" ilə qarşılaşmada birinci hissənin sonunda qol vuraraq hesabı bərabərləşdirib - 1:1.

Beləliklə, o, klub tarixinin ən məhsuldar oyunçusu olub. Messi indiyə qədər "İnter Mayami"də 23 qol və 20 məhsuldar ötürməyə imza atıb. 

Lionel Messi 2023-cü ilin yayından ABŞ klubunda çıxış edir.Argentinalı forvardın "İnter"lə hazırkı müqaviləsi bu ilin sonunda başa çatacaq. PSJ və "Barselona"nın keçmiş ulduzu cari mövsümdə 8 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Geri qayıt