Qelebə.az / “Atletiko Madrid” səfərdə qələbə qazanıb

“Atletiko Madrid” səfərdə qələbə qazanıb

6-04-2025, 20:25

İspaniya La Liqasında XXX turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Las Palmas" öz meydanında "Real Sosyedad"la qarşılaşıb.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında "Atletiko Madrid" səfərdə bu mövsüm istənilən nəticələri əldə edə bilməyən "Sevilya" ilə üz-üzə gəlib. Qonaqlar rəqibini son dəqiqələrdə vurduğu qolla məğlub etməyi bacarıb. Görüş "Atletiko"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Geri qayıt