Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.
QELEBE.AZ xəbər verir ki, hər iki komandamız Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.
Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək.
Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.