Qelebə.az / Azərbaycanın yeniyetmə boksçuları Özbəkistanda təlim-məşq toplanışı keçəcək

Azərbaycanın yeniyetmə boksçuları Özbəkistanda təlim-məşq toplanışı keçəcək

6-04-2025, 18:00

Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.

"Report" xəbər verir ki, hər iki yığma Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.

Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək.

Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

Geri qayıt