Qelebə.az / “Milan”ın qələbə həsrəti 3 matça yüksəlib - VİDEO

“Milan”ın qələbə həsrəti 3 matça yüksəlib - VİDEO

6-04-2025, 00:49

İtaliya A Seriyasında XXXI turun görüşləri davam edir.

QELEBE.AZ xəbər verir ki, gecənin son matçı Milanda baş tutub.

Şəhərin eyniadlı komandası öz meydanında "Fiorentina" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik ediblər. 2:2 hesablı heç-heçə ilə yekunlaşan görüşdə qalib müəyyənləşməyib.

Bu nəticə ilə "rossonyerilər"in qalibiyyət həsrəti 3 matça yüksəlib.

İtaliya A Seriyası 
XXXI tur

23:00. “Milan” - “Fiorentina” - 2:2

Geri qayıt