Qelebə.az / Yüksək Liqa: “Murov Az Terminal”dan səfərdə inamlı qələbə

Yüksək Liqa: “Murov Az Terminal”dan səfərdə inamlı qələbə

5-04-2025, 18:41

Bu gün qadın voleybolçuların Yüksək Liqasında XVIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə bir matç keçirilib.

Yeganə qarşılaşma Gəncədə baş tutub. “Gəncə” “Murov Az Terminal”la üz-üzə gəlib. Dörd setlik mübarizədə qonaqlar qələbəyə seviniblər – 3:1.

Qeyd edək ki, turun ilk günündə “Abşeron” “Milli Aviasiya Akademiyası”na, “Azərreyl” isə UNEC-ə eyni - 3:0 hesabı ilə qalib gəlib.

Yüksək Liqa (qadınlar)
XVIII tur

5 aprel
14:00. “Gəncə” - “Murov Az Terminal” – 1:3 
(15:25, 25:22, 22:25, 26:28)

Geri qayıt