Qelebə.az / Azərbaycan Basketbol Liqası: Daha iki görüş keçirilib

Azərbaycan Basketbol Liqası: Daha iki görüş keçirilib

4-04-2025, 20:58

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XX turunda daha iki oyun keçirilib.

“QELEBE.AZ”un məlumatına görə, hər iki görüş A qrupunda baş tutub.

“Sərhədçi” Bakı İdman Sarayında NTD-yə 103:77 hesabı ilə qalib gəlib.

“Neftçi” isə Abşeron Olimpiya Kompleksində “Abşeron”u 85:75 hesabı ilə üstələyib.

Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88 hesabı ilə məğlub edib. Tura aprelin 6-da yekun vurulacaq.

Geri qayıt