Qelebə.az / Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura start verilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura start verilib

4-04-2025, 19:31

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura start verilib.

"QELEBE.AZ"un məlumatına görə, ilk olaraq iki oyun keçirilib.

“Abşeron” “Milli Aviasiya Akademiyası”na, "Azərreyl" isə UNEC kollektivinə 3:0 hesabı ilə qalib gəlib.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil edilib.

Qeyd edək ki, tura aprelin 5-də keçiriləcək “Gəncə” - “Murov Az Terminal” görüşü ilə yekun vurulacaq.

Geri qayıt