Qelebə.az / Paralimpiyaçımız Fransada finala vəsiqə qazanıb

Paralimpiyaçımız Fransada finala vəsiqə qazanıb

4-04-2025, 19:03

Azərbaycan paralimpiyaçısı Polad Rzayev Fransanın Auron şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində finala yüksəlib.

Apasport.az xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı ilkin mərhələni 1:01.57 nəticə ilə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Qeyd edək ki, Rzayev ötən həftə İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsində çıxış edib.

Geri qayıt