Qelebə.az / Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura start verilir

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura start verilir

4-04-2025, 09:48

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk olaraq iki oyun keçiriləcək.

Saat 16:00-da “Abşeron” - “Milli Aviasiya Akademiyası”, iki saat sonra "Azərreyl" - UNEC matçı baş tutacaq.

Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.

Qeyd edək ki, tura aprelin 5-də keçiriləcək “Gəncə” - “Murov Az Terminal” görüşü ilə yekun vurulacaq.

Geri qayıt