Bu gün Birinci Liqada XX tura yekun vurulacaq.
QELEBE.AZ xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutacaq.
"Baku Sportinq" Binə qəsəbə stadionunda "Qəbələ"ni qonaq edəcək.
Kaxaber Tsxadadzenin yetirmələri qələbə qazanarsa, Premyer Liqaya vəsiqəni təmin edəcəklər.
"İmişli" isə Şamaxı OİK stadionunda MOİK-i qəbul edəcək.
Qeyd edək ki, hər iki qarşılaşma saat 16:00-da start götürəcək.
Birinci Liqa
XX tur
16:00. "Baku Sportinq" - "Qəbələ"
16:00. "İmişli" - MOİK