Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turu davam edir.
QELEBE.AZ xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutacaq. Hər iki görüş A qrupunda baş tutacaq.
“Sərhədçi” Bakı İdman Sarayında NTD ilə üz-üzə gələcək. “Abşeron” isə Abşeron Olimpiya Kompleksində “Neftçi” ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki görüş saat 19:00-da başlayacaq.