Qelebə.az / DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

DÇ-2022: Mərakeş millisi fasiləyə üstün yollanıb

1-12-2022, 19:50

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Afrika təmsilçisi fasiləyə üstün yollanıb - 2:1.

19:42

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda 3-cü qol vurulub.

"Report"un məlumatına görə, 40-cı dəqiqədə Afrika təmsilçisindən Naif Ager avtoqol müəllifi olub - 1:2.


19:24

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 23-cü dəqiqədə Yussuf En-Nesiri Afrika təmsilçisinin üstünlüyünü artırıb.


19:06

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda erkən qol vurulub.

"Report"un məlumatına görə, 4-cü dəqiqədə Hakim Ziyeş Afrika təmsilçisini hesabda önə keçirib.


19:00

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyunu start götürüb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

17:50

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

“Report”un məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin

Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Geri qayıt