Qelebə.az / David de Xea “Mançester Yunayted”ə qayıda bilər

David de Xea “Mançester Yunayted”ə qayıda bilər

3-04-2025, 12:53

İtaliyanın “Fiorentina” klubunun ispaniyalı qapıçısı David de Xea “Mançester Yunayted”ə (İngiltərə) qayıda bilər.

“QELEBE.AZ” “Deadlinedaylive”ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yay "transfer pəncərəsi"ndə onu almaq niyyətindədir.

Uzun müddət (2011-2023) Mançester təmsilçisində çıxış etmiş qolkiper 2024-cü ildə Florensiya klubuna transfer olunub.

Qeyd edək ki, David de Xeanın "bənövşəyilər"lə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. İtaliya A Seriyasının 2024/2025 mövsümündə 27 matça çıxan 34 yaşlı qapıçı 27 qol buraxıb.

Geri qayıt