Qelebə.az / "Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov rapid turnirini 6-cı pillədə başa vurub

1-12-2022, 18:08

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirini 6-cı pillədə başa vurub.

"QELEBE.AZ"un məlumatına görə, 37 yaşlı qrossmeyster yarışın sonuncu günündə daha 3 görüş keçirib. VII turda hindistanlı Nihal Sarinə uduzan şahmatçı VIII və IX turlarda isə müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə heç-heçə edib.

Məmmədyarov yekunda 4,5 xalla 6-cı pilləni tutub.

Qeyd edək ki, dekabrın 3-də “Tata Steel İndia”da blits yarışlarına start veriləcək. Turnirin qalibi 10 min ABŞ dolları qazanacaq.

Geri qayıt