Qelebə.az / “Siti” evdə, “Aston Villa” səfərdə qələbə qazandı

“Siti” evdə, “Aston Villa” səfərdə qələbə qazandı

3-04-2025, 01:14

İngiltərə Premyer Liqasında XXX turun oyunları davam edir. 

QELEBE.AZ xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Lester Siti"ni sınağa çəkib. 

"Şəhərlilər" ilk hissədə vurduğu 2 qolla matçı qələbə ilə başa vurublar - 2:0.

Turun digər oyununda "Aston Villa" səfərdə "Brayton"u 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.

İngiltərə Premyer Liqası
XXX tur

22:45. "Mançester Siti" - "Lester Siti" - 2:0
22:45. "Nyukasl Yunayted" - "Brentford" - 2:1
22:45. "Sounthempton" - "Kristal Pelas" - 1:1
22:45. "Brayton" - "Aston Villa" - 0:3
22:45. "Bornmut" - "İpsviç" - 1:2
23:00. "Liverpul" - "Everton" - 1:0

Geri qayıt