Qelebə.az / Türkiyə Kuboku: "Qalatasaray" "Fənərbağça"nı məğlub edərək yarımfinala yüksəlib

Türkiyə Kuboku: "Qalatasaray" "Fənərbağça"nı məğlub edərək yarımfinala yüksəlib

2-04-2025, 23:58

"Qalatasaray" Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbağça"ya qalib gəlib.

"QELEBE.AZ" xəbər verir ki, "Ülker" stadionunda keçirilən matçda 2:1 hesablı qələbə qazanan "sarı-qırmızılar" yarımfinala adlayıblar.

Qonaqların heyətində Viktor Osimhen dubl (10, 27) müəllifi olub. Meydan sahiblərinin yeganə qolunu isə Sebastyan Şimanski (45+2) vurub.

"Qalatasaray" finala gedən yolda "Konyaspor"la üz-üzə gələcək.

Qeyd edək ki, günün ilk matçında “Trabzonspor” öz meydanında “Bodrumspor”u 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Geri qayıt