Qelebə.az / Vinisius İspaniya Kubokunda ən çox məhsuldar ötürmə verən futbolçuların siyahısında üçüncü olub

Vinisius İspaniya Kubokunda ən çox məhsuldar ötürmə verən futbolçuların siyahısında üçüncü olub

2-04-2025, 10:27

“Real" klubunun hücumçusu Vinisius Junior İspaniya Kubokunda ən çox məhsuldar ötürmə verən futbolçuların siyahısında üçüncü olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu bunu ötən gün "Santyaqo Bernabeu" stadionunda yarımfinal mərhələsinin "Real Sosyedad"la cavab matçında (4:4) reallaşdırıb.

24 yaşlı ön xətt oyunçusu sözügedən görüşdə iki məhsuldar ötürməyə imza atıb. Bununla da məhsuldar ötürmələrinin sayını 12-yə çatdıran futbolçu "Atletiko"nun üzvü Anxel Korreanı (10) geridə qoyub.

İspaniya Kubokunda ən çox məhsuldar ötürmə verənlərin siyahısında ilk iki pillədə müvafiq olaraq "Barselona"nın keçmiş futbolçuları - Lionel Messi (27) və Xordi Alba (15) yer alıblar.

Geri qayıt