Qelebə.az / Türkiyə kuboku: "Fənərbaxça" "Qalatasaray"a qarşı - YENİLƏNİR

Türkiyə kuboku: "Fənərbaxça" "Qalatasaray"a qarşı - YENİLƏNİR

2-04-2025, 08:13

Bu gün Türkiyə kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq. 

QELEBE.AZ xəbər verir ki, kubokun bu mərhələsində "Fənərbaxça" və "Qalatasaray" yarımfinala yüksəlmək üçün meydançaya çıxacaq.

Bu mövsüm iki komanda arasındakı ilk matçda "Qalatasaray" 3:1 qalib gəlsə də, ikinci matç qolsuz bərabərliklə nəticələnib. “Fənərbaxça” və “Qalatasaray” bu mövsüm üçüncü dəfə üz-üzə gələcək.

Türkiyə kuboku

1/4 final

18:45. "Trabzonspor" - "Bodrum" 

21:30. "Beşiktaş" - "Göztepe" 

21:45. "Fənərbaxça" - "Qalatasaray" 

Geri qayıt