İngiltərə Premyer Liqası təmsilçilərindən “Vulverhempton” Joao Qomezlə müqavilə yeniləyib.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər razılaşma əldə olunub.
Xatırladaq ki, “Volves” Qomezi 2023-cü ildə “Flamenqo”dan 18,7 milyon avro müqabilində heyətinə qatmışdı.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm İngiltərə təmsilçisinin heyətində iştirak etdiyi 31 rəsmi matçda 4 qol, 2 assistlə yadda qalıb.