Qelebə.az / İngiltərə klubu futbolçusu ilə 5 illik yeni müqavilə imzalayıb

İngiltərə klubu futbolçusu ilə 5 illik yeni müqavilə imzalayıb

1-04-2025, 19:03

İngiltərə Premyer Liqası təmsilçisi "Vulverhempton" yarımmüdafiəçisi Joao Qomeşlə müqavilə müddətini uzadıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı oyunçunun yeni sözləşməsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qomeş iki il əvvəl "Flamenqo"dan (Braziliya) "Vulverhempton"a keçib.

Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.

Geri qayıt