Qelebə.az / Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək

1-04-2025, 15:23

16-21 yaşlı taekvondoçuların Azərbaycan çempionatı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq yarışda 165 taekvondoçu (107 kişi, 58 qadın) çempionluq uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, sabah startı veriləcək yarış aprelin 3-nə qədər davam edəcək.

Geri qayıt