Qelebə.az / "Yuventus" onu komandadan göndərir

"Yuventus" onu komandadan göndərir

1-04-2025, 10:33

"Yuventus"un hücumçusu Arkadiuş Milik komandasını tərk edə bilər.

QELEBE.AZ xəbər verir ki, 31 yaşlı polşalı futbolçu zədə səbəbindən bu mövsüm heç bir oyunda meydana çıxmayıb.

Forvardın Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq, lakin klub rəhbərliyi müqaviləni vaxtından əvvəl ləğv etməyi düşünür.

"Yuventus" Arkadiuş Miliki 2023-cü ildə Fransanın "Marsel" klubundan transfer edib. Ötən mövsüm polşalı bütün yarışlarda “qoca sinyora”nın heyətində 32 matçda 8 qol vurub.

Geri qayıt