Qelebə.az / Rusiyalı tennisçinin Avstraliyanı təmsil edəcəyi rəsmiləşib

Rusiyalı tennisçinin Avstraliyanı təmsil edəcəyi rəsmiləşib

31-03-2025, 17:36

Dünya Tennis Assosiasiyası (WTA) rusiyalı Darya Kasatkinanın idman vətəndaşlığını rəsmən dəyişib.

"Report" xəbər verir ki, dünyanın 12-ci raketkası bundan sonra Avstraliyanı təmsil edəcək.

27 yaşlı tennisçi idman vətəndaşlığını dəyişdiyini ötən həftə açıqlamışdı. D.Kasatkina Melburn şəhərində yaşamağı planlaşdırır.

Geri qayıt