Qelebə.az / "Zirə"dən transfer bombası - Rəşad Sadıqov onu komandada istəyir

"Zirə"dən transfer bombası - Rəşad Sadıqov onu komandada istəyir

31-03-2025, 15:14

“Zirə” yeni sezon üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi milli komandamızın da formasını geyinmiş, hazırda “Sabah”da oynayan Namik Ələsgərovla maraqlanır.

Belə ki, Misli Premyer Liqasında 2-ci pillədə qərarlaşan klub yayda transfer etmək istədiyi oyunçular siyahısına Ələsgərovun da adını daxil edib. 

Bu keçid üçün 3 ay sonra - mövsümün sonunda rəsmi təklif olunacaq. 

30 yaşlı futbolçunun "Sabah"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 

Xatırladaq ki, Namik, 2022-ci il iyulun 1-dən Masazır təmsilçisinin formasını geyinir. 

Ələsgərov daha əvvəl "Bakı", "Qarabağ", "Kəpəz", "Neftçi" və "Bursaspor" kimi klublarda çıxış edib. 

Geri qayıt