Qelebə.az / "Milan"ın 1993-cü ildə müəyyənləşdirdiyi rekord təkrarlanıb

"Milan"ın 1993-cü ildə müəyyənləşdirdiyi rekord təkrarlanıb

31-03-2025, 11:46

Fransanın PSJ klubu Avropanın top-5 liqalarında ən uzun məğlubiyyətsiz səfər seriyası ilə bağlı İtaliya təmsilçisi "Milan"ın 1993-cü ildə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.

"Report"un "Squawka"ya istinadən məlumatına görə, bu seriya 38 matçdan ibarətdir.

Paris təmsilçisi 30 oyunda qələbə qazanıb, 8 dəfə heç-heçə edib.

PSJ hazırda 29 oyundan sonra 71 xalla Fransa çempionatının turnir cədvəlinin vahid lideridir. İkinci yerdə 50 xalla “Monako” qərarlaşıb. İlk "üçlüy"ü 49 xalla “Marsel” tamamlayır.

Geri qayıt