Qelebə.az / Lionel Messi Maradonanın rekordunu yeniləyib

Lionel Messi Maradonanın rekordunu yeniləyib

1-12-2022, 00:38

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyun sayı baxımından həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.

"QELEBE.AZ"un məlumatına görə, Qətərdə keçirilən mundialda Polşaya qarşı C qrupunun III tur matçı 35 yaşlı hücumçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-dir.

"974" stadionunda oynanılan matçda Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0. Qolları 46-cı dəqiqədə Aleksis Makallister və 68-ci dəqiqədə Xulian Alvares vurublar.

Geri qayıt