Qelebə.az / Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunlar keçirilib

30-03-2025, 18:21

Kişi həndbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin növbəti oyunları keçirilib.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, I-IV yerlər uğrunda yarışan "Qarabağ"la "Bakı"nın görüşündə nominal qonaqlar 36:24 hesabı ilə qalib gəliblər.

Günün digər oyununda isə "Kür" "Azəryol"a məğlub olub - 36:33.

Qeyd edək ki, hər iki qarşılaşma "AHF Arena"da keçirilib.

Geri qayıt