Qelebə.az / Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib

29-03-2025, 20:46

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, Xorvatiyada təşkil olunan turnirdə yığma Türkiyə ilə üz-üzə gəlib.

Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.

Qeyd edək ki, İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3.

Geri qayıt