Qelebə.az / Futzal üzrə Azərbaycan Yüksək Liqasında daha iki oyun keçirilib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında daha iki oyun keçirilib

27-03-2025, 17:24

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun daha iki oyunu keçirilib.

"Report" xəbər verir ki, günün ilk matçında "Neftçi" İK "Yasamal Bakı"nı məğlub edib - 12:3.

İkinci görüşdə isə hazırkı ölkə çempionu "Araz-Naxçıvan "Şuşa"ya şans verməyib - 10:4.

Turun ilk oyununda "Baku Fire" U-19-u 3:1 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, "Baku Fire" 32 xalla liderdir. "Araz-Naxçıvan" və "Neftçi" İK-in 31 xalı var. "Şuşa" 12 xalla dördüncü, U-19 9 xalla beşincidir. Xalı olmayan "Yasamal Bakı" sonuncu - atlıncı pillədə qərarlaşıb.

Geri qayıt