Qelebə.az / “Real” gənc müdafiəçisi ilə müqavilə yeniləyəcək

“Real” gənc müdafiəçisi ilə müqavilə yeniləyəcək

27-03-2025, 01:33

"Real Madrid" gənc müdafiəçisi Raul Asensio ilə 6 illik yeni müqavilə imzalamağı planlaşdırır

QELEBE.AZ xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romanonun məlumat yayıb.

"Kral klubu" 22 yaşlı müdafiəçi Raul Asensio ilə 2031-ci ilə qədər yeni müqavilə imzalamaq istəyir. Müqavilənin yay aylarında rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm La Liqada 15 matçda iştirak edib

Geri qayıt